Bakı və Abşeronda eyni gün çatdırılma

Tez-tez verilən suallar

Sifariş, çatdırılma və ödənişlə bağlı ən çox soruşulanlar.

Son yenilənmə: 2026-09-02

1. Sifarişi necə verim?

Bəyəndiyiniz məhsulu səbətə atın, sonra üç addımı doldurun: çatdırılma (ünvan, tarix, saat), alıcı (kimə gedir, açıqca mətni) və ödəniş.

Sifariş vermək üçün hesabınıza daxil olmalısınız. Kataloqa baxmaq və səbətə məhsul atmaq üçün giriş lazım deyil.

2. Çatdırılma nə vaxt olacaq?

Hər məhsulun altında «ən tez nə vaxt çatdırıla bilər» yazısı var. Bu, təxmin deyil — hesablamadır: mağazanın növbəti açıq anı + məhsulun hazırlıq müddəti + məsafəyə görə yol vaxtı.

Dəqiqələr yalnız mağazanın iş saatları içində sayılır. Gecə saat 23-də verilən sifariş üçün sayım səhər açılışdan başlayır — ona görə «bu gün çatdırılır» kimi yerinə yetirilməyəcək vəd görməzsiniz.

3. Necə ödəyə bilərəm?

Hazırda yalnız **qapıda nağd** ödəniş işləyir. Pulu sifarişi təhvil alanda kuryerə verirsiniz.

Onlayn kartla ödəniş hazırlanır və hazır olan kimi ödəniş addımında görünəcək.

4. Alıcı kimin göndərdiyini bilsinmi?

Sizin seçiminizdir. «Anonim göndər» seçsəniz adınız sistemə ümumiyyətlə yazılmır.

«Sürpriz rejimi» isə alıcıya əvvəlcədən xəbər verilməməsi deməkdir — kuryer çatanda zəng edir.

5. Hədiyyə açıqcası əlavə edə bilərəmmi?

Bəli. Çiçəkçinin açıqca kitabxanasından seçirsiniz — bəziləri pulsuz, bəziləri ayrıca qiymətlidir. Mətn 200 simvola qədər ola bilər.

Açıqcanın qiyməti sifariş dökümündə ayrıca sətir kimi görünür.

6. Şəkilli məhsullara öz şəklimi qoya bilərəmmi?

Bəli — məhsulda «basqı üçün şəkil» bölməsi varsa, şəkli elə məhsul səhifəsində yükləyirsiniz. Şəkil yükləmək üçün hesabınıza daxil olmalısınız.

Ən yaxşı nəticə üçün kvadrat və yüksək keyfiyyətli şəkil seçin — kiçik və ya bulanıq şəkil basqıda da bulanıq çıxır.

7. Buketi göndərilməzdən əvvəl görə bilərəmmi?

Bəli. Çiçəkçi buketi hazırlayıb şəklini yükləyir, siz onu hesabınızda görüb təsdiqləyirsiniz. Yalnız təsdiqdən sonra sifariş yola düşür.

8. Sifarişimi necə izləyirəm?

Hesabınızın «Sifarişlərim» bölməsində sifarişin hansı mərhələdə olduğu görünür: qəbul edildi, hazırlanır, hazırdır, yolda, çatdırıldı.

Hər mərhələdə profil səhifənizdəki bildirişlər siyahısına xəbər düşür; mobil tətbiqi işlədirsinizsə telefona bildiriş də gəlir.

9. Sifarişi ləğv edə bilərəmmi?

Hazırda ləğv sorğusu dəstək bölməsi vasitəsilə həll olunur — hesabınızdan «Canlı dəstək»ə yazın.

Ləğvetmə şərtlərinin rəsmi mətni hazırlanır; hazır olan kimi bu səhifədə dərc olunacaq.