Çatdırılma və ödəniş
Hara çatdırırıq, nə qədər tutulur və pul nə vaxt alınır.
Son yenilənmə: 2026-09-02
1. Hara çatdırırıq
Bakı və Abşeron. Sifariş verərkən ünvanı xəritədə göstərə və ya yazaraq seçə bilərsiniz.
Ünvan çiçəkçidən çox uzaqdırsa, həmin çiçəkçinin məhsulu üçün çatdırılma mümkün olmur və bu, ödəniş addımından əvvəl bildirilir.
2. Çatdırılma haqqı
Haqq məsafəyə görə hesablanır: çiçəkçinin nöqtəsindən sizin ünvanınıza qədər.
**Hər mağaza öz zonalarını özü təyin edir** — ona görə eyni ünvana fərqli mağazalardan fərqli haqq düşə bilər. Yaxın zona bir çox mağazada pulsuzdur.
Yekun haqq həmişə ödəniş addımında, sifarişi təsdiqləməzdən əvvəl göstərilir — gizli əlavə yoxdur.
3. Çatdırılma vaxtı necə hesablanır
Üç hissədən: mağazanın növbəti açıq anı + məhsulun hazırlıq müddəti + zona üzrə yol vaxtı.
Vaxt yalnız iş saatları içində sayılır. Mağaza bağlıdırsa sayım açılışdan başlayır.
Ödəniş addımında yerinə yetirilə bilməyən saat aralıqları bağlı görünür — mümkün olmayan vaxtı seçə bilməzsiniz.
4. Eyni gün və gələcək tarix
Eyni gün çatdırılma mağaza açıq olduqda və vaxt sığdıqda mümkündür.
Gələcək tarixə sifariş verə bilərsiniz — həmin gün üçün saat aralığı seçilir.
5. Ödəniş üsulları
**Hazırda yalnız qapıda nağd ödəniş aktivdir.** Pulu sifarişi təhvil alanda kuryerə verirsiniz.
Onlayn kartla ödəniş hazırlanır. Hazır olana qədər ödəniş addımında görünməyəcək.
Kart məlumatlarınız saytda saxlanılmır və üçüncü tərəflərlə paylaşılmır.
6. Qiymətə nə daxildir
Məhsulun qiyməti, seçdiyiniz ölçü və əlavələr, hədiyyə açıqcası (qiymətlidirsə) və çatdırılma haqqı. Hamısı ödənişdən əvvəl ayrı-ayrı sətirlərlə göstərilir.